Bu, yanğı və ya sancı şəklində ağrıya səbəb olur, cinsi əlaqəni və ginekoloji müayinəni çətinləşdirir və ya mümkünsüz edir. Vaginizm müalicə oluna bilən haldır.
«Vaginizm uşaqlıq yolu əzələlərinin reflektor spazmıdır. Bu, dərman və ya əməliyyatla düzəldilən anadangəlmə quruluş qüsuru deyil, funksional pozğunluqdur. Belə müraciətlərdə həkim həm ginekoloq kimi, həm də psixoloji tərəfi nəzərə alaraq yanaşmalıdır.»
Vaginizmin əlamətləri
Əsas əlamət uşaqlıq yoluna nəyinsə yeridilməsinə cəhd zamanı əzələlərin öz-özünə sıxılmasıdır. Bu, cinsi əlaqə, tampon istifadəsi və ya ginekoloji müayinə zamanı yanğı və sancı hissi yarada bilər.
Niyə yaranır?
- Cinsi əlaqə ilə bağlı narahatlıq və qorxular
- Əvvəlki ağrılı cinsi təcrübə
- Cinsi zorakılıq və ya istismar
- Cinsi əlaqənin utancverici və ya yanlış olduğuna inanc
Vaginizm necə müalicə olunur?
- Psixoseksual terapiya — bədənə və cinsi həyata münasibəti anlamağa və dəyişməyə kömək edən danışıq terapiyası
- Rahatlama texnikaları — nəfəs və yumşaq toxunma məşqləri, diqqətli fərqindəlik (mindfulness)
- Çanaq dibi əzələ məşqləri — uşaqlıq yolu əzələlərinə nəzarəti öyrənmək üçün sıxma və boşaltma məşqləri
- Vaginal trenajorlar (dilatorlar) — müxtəlif ölçülü, tampon formalı vasitələrlə tədricən alışma
Cinsi əlaqə və ya ginekoloji müayinə mümkün olmursa, ağrı yaradırsa, həkimə müraciət etməkdən çəkinməyin. Bu mövzuda danışmaq utancverici deyil — müalicə məhz ilk söhbətlə başlayır.