- Ana səhifə
- Media çıxışları
Mətbuatda və mediada həkim
Dr. Əminə Allahverdiyeva 2014-cü ildən televiziya verilişlərində və podkastlarda qadın sağlamlığı mövzusunda çıxış edir. Aşağıdakı siyahıda çıxışların videolarına keçid verilib.
- 2026 SİMA Podcast — «Qadın sağlamlığı, həyat və peşə» Aparıcı: Pərvanə Məmmədova. Qadın sağlamlığı, həkimlik peşəsinin görünməyən tərəfləri və həyat təcrübəsi haqqında söhbət. Videoya bax
- 2023 Kanal S — «Həkimcanlı» 8 fevral 2023. Cərrah, mama-ginekoloq kimi verilişin qonağı olub. Videoya bax
- 2022 Kanal S — «Mənim Fəxri Qonağım» 24 may 2022. Mama-ginekoloq kimi verilişin qonağı olub. Videoya bax
- 2019 İTV — «Sağlam Yaşamaq» Hamiləliyin izlənməsi: hamiləlik dövründə müayinələr haqqında veriliş. Videoya bax
- 2017 Xəzər TV — «Oyan Azərbaycan» 18 mart 2017. Mövzu: uşaqlıq miomaları. Videoya bax
- 2015 SAGLAM TV — Hamiləlikdə erkən düşüklər Hamiləliyin erkən pozulmasının səbəbləri və qarşısının alınması. Videoya bax
- 2014 SAGLAM TV — Qadınlarda hormonal pozuntular Ginekoloq-endokrinoloq kimi hormonal pozuntular mövzusunda çıxış. Videoya bax
Maarifləndirmə
YouTube kanalı və seminarlar
Həkimin YouTube kanalında qadın sağlamlığına dair qısa maarifləndirici videolar yerləşdirilir: hamiləlik, mioma, endometrioz, sidik qaçırma, uşaqlıq boynu xəstəlikləri və digər mövzular.
Bundan əlavə, «55/55 Lady Club» görüşündə uşaqlıq boynu xərçəngi mövzusunda çıxış edib, maarifləndirici seminarlarda və Lənkəranda təqdimatda iştirak edib.
Sualınızı qəbulda müzakirə edək
Videolardakı məlumat ümumi xarakter daşıyır; sizin vəziyyətiniz üçün uyğun plan müayinədən sonra müəyyən edilir.