1. Ana səhifə
  2. Həkim haqqında

Dr. Əminə Allahverdiyeva haqqında

Cərrah, mama-ginekoloq. Klinik fəaliyyəti hamiləliyin izlənməsini və doğuşu, ginekoloji xəstəliklərin müayinə və müalicəsini, kolposkopiyanı, ginekoloji əməliyyatları və qadınlarda sidik qaçırmanın müalicəsini əhatə edir.

Dr. Əminə Allahverdiyeva iş kabinetində

Peşəkar profil

Dr. Əminə Allahverdiyeva mamalıq və ginekologiya üzrə geniş klinik profilə malikdir: hamiləliyin izlənməsi və doğuş, ginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi, uşaqlıq boynunun kolposkopik müayinəsi, sonsuzluğun səbəblərinin araşdırılması, laparoskopik, histeroskopik və vaginal əməliyyatlar, həmçinin qadınlarda sidik qaçırma və çanaq orqanlarının sallanmasının müalicəsi.

2014-cü ildə SAGLAM TV-nin verilişində ginekoloq-endokrinoloq kimi qadınlarda hormonal pozuntular mövzusunda çıxış edib. O vaxtdan bəri televiziya verilişlərində, seminarlarda və öz YouTube kanalında qadın sağlamlığı ilə bağlı sualları cavablandırır.

«Həkim olmaq sadəcə bir peşə deyil, bu bir məsuliyyət, bir vicdan məsələsidir.»

Dr. Əminə Allahverdiyeva

Təcrübə

Klinik fəaliyyət

  • 2014
    İnternational Medical Center Ginekoloq-endokrinoloq
  • 2017
    Zəfəran Hospital Ginekoloq
  • 2022
    Vitamed Hospital Mama-ginekoloq, cərrah
  • 2022–2023
    2 saylı Doğum Evi Mama-ginekoloq, cərrah
  • Son illər
    Kraton Clinic və 2 saylı Doğum Evi Ginekoloji qəbul və əməliyyatlar
  • Bölgələr
    Səyyar xəstə qəbulları Mingəçevir, Tovuz, Şəki və Gəncədə birgünlük qəbullar

Peşəkar inkişaf

  • Atatürk Universiteti (Ərzurum, Türkiyə) — iki aylıq ixtisasartırma kursu.
  • Kolposkopiya kursu — uşaqlıq boynu xəstəliklərinin diaqnostikası üzrə təlim.
  • TSRM 2021 — reproduktiv sağlamlıq və sonsuzluq üzrə konqres (Belek, Türkiyə, 11–14 noyabr 2021).
  • Ərzurumda (Palandökən) keçirilən mamalıq-ginekologiya konqresi.
  • Elmi konfranslar: «Hamiləlikdə ürək xəstəlikləri», «Qadınlarda klimaks dövrünə həssas yanaşma».

Maarifləndirici fəaliyyət

  • Televiziya verilişləri və podkastlarda qadın sağlamlığı mövzusunda çıxışlar — bütün siyahı.
  • «55/55 Lady Club» görüşündə uşaqlıq boynu xərçəngi mövzusunda çıxış.
  • Maarifləndirici seminarlar və Lənkəranda təqdimat.
  • YouTube kanalında qadın sağlamlığına dair qısa videolar.

Tanınma

Peşəkar fəaliyyətə görə təşəkkürnamə

Dr. Əminə Allahverdiyeva 28 iyul 2022-ci ildə keçirilmiş «Medical Persons of Azerbaijan» mükafatlandırma mərasimində (təşkilatçı: Mirtalıblı Group) Azərbaycan səhiyyəsinə verdiyi töhfələrə və gənclərin tibb sahəsinə marağının artmasına göstərdiyi xidmətə görə təşəkkürnamə ilə təltif olunub.

Dr. Əminə Allahverdiyevaya təşəkkürnamə təqdim olunur
Peşəkar fəaliyyətə görə təşəkkürnamənin təqdim olunması

Həkimliyə gələn yol

«Həkimliyin nə qədər müqəddəs və altruist sənət olduğunu uşaqlıqdan bilirdim. Nənəm mənə canlı nümunə idi: məktəbəqədər dövrümü peşəkar göz cərrahı olan nənəmin yanında keçirmişəm və o, mənə tibbin bütün çətinliklərini anladıb.»

Dr. Əminə Allahverdiyeva

Dəyərlər

«Məqsədimiz — düzgün diaqnoz və keyfiyyətli müalicədir.»

«Həkimlik ürəklə edilən bir sənətdir.»

Sualınız var? Qəbula yazılın

Qəbul öncədən qeydiyyatla aparılır.

Qəbula yazılın

Saytda axtarış

Əlçatanlıq

Görünüş
Mətn ölçüsü

Vizit kart

Dr. Əminə Allahverdiyeva

Dr. Əminə Allahverdiyeva

Mama-ginekoloq, cərrah

Kontaktlara əlavə et

Təcili tibbi hallarda saytdakı əlaqə vasitələri ilə deyil, 103 və ya 112 nömrəsi ilə əlaqə saxlayın.