Əlamətlər adətən hamiləliyin 4–12-ci həftələri arasında yaranır. Boru partladıqda daxili qanaxma baş verə bilər, buna görə erkən diaqnoz həyati əhəmiyyət daşıyır.
Hansı əlamətlər ola bilər?
- Aybaşının gecikməsi və digər hamiləlik əlamətləri
- Qarının aşağı hissəsində, bir tərəfdə ağrı
- Uşaqlıq yolundan qanaxma və ya qəhvəyi, sulu ifrazat
- Çiyin ucunda ağrı
- Sidiyə və ya tualetə gedərkən narahatlıq
Nə vaxt DƏRHAL təcili yardım çağırmalı?
Qarında qəfil, kəskin və çox güclü ağrı ilə yanaşı başgicəllənmə, ürəkbulanma və ya kəskin solğunluq varsa, bu, borunun partladığını göstərə bilər. Gözləmədən 103 və ya 112 nömrəsinə zəng edin.
Risk amilləri
- Çanaq orqanlarının iltihabi xəstəliyi
- Əvvəllər uşaqlıqdankənar hamiləlik keçirmək (təkrarlanma riski təxminən 10%)
- Süni mayalanma nəticəsində hamiləlik
- Uşaqlıqdaxili spiral istifadəsi zamanı hamiləliyin baş verməsi
- Siqaret çəkmək
- 35 yaşdan yuxarı olmaq
Necə müalicə olunur?
- Müşahidə — qadın ciddi nəzarət altında izlənilir
- Dərman müalicəsi — metotreksat inyeksiyası
- Əməliyyat — ümumi anesteziya altında laparoskopik (qapalı) əməliyyat
«Bu vəziyyətin müalicəsində erkən diaqnoz çox vacibdir. Hamiləlik əlamətlərini izləmək, müntəzəm ginekoloji müayinədən keçərək USM etdirmək və risk amillərini qiymətləndirmək olduqca önəmlidir.»